Əsas səhifə Haqqımızda Tədris Xəbərlər Tədbirlər Nikah Muzey Orxideya evi Foto Video Əlaqə Turlar SİMPOZİUM





İDEA resurs mərkəzi – ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq təşkilatının ideyası ilə yaradılıb. Ətraf mühitin mühafizəsi üzrə resurs mərkəzləri Azərbaycanın müxtəlif məkanlarında fəaliyyət göstərir. Növbəti IDEA resurs mərkəzi Zirə Mədəniyyət Mərkəzində yaradılıb. Burada qlobal iqlim dəyişilməsi, flora və fauna dəyişkənliyi problemləri, kimyəvi tullantılar, ekoloji tarazılığın pozulması ilə bağlı görüşlər, dəyirmi masaların keçirilməsi planlaşdırılır. Mərkəzdə yaşıllaşdırma, landşaft dizaynı və bağçılıqla bağlı treninq və praktikumlar keçirilir.