1918-ci il 26 Iyun tarixində Azərbaycan Demokratik Respublikasının ən önəmli qərarlarından biri verilmişdir. Cümhuriyyətin ömrü uzun olmasa da, Milli Ordunun yaradılması dövlətçilik yolunda atılmış ən uğurlu addım 1918-ci il 26 Iyun tarixində Azərbaycan Demokratik Respublikasının ən önəmli qərarlarından biri verilmişdir. Cümhuriyyətin ömrü uzun olmasa da, Milli Ordunun yaradılması dövlətçilik yolunda atılmış ən uğurlu addım olmuşdur.
100 illik bir hərb yoluna sahib olan Azərbaycan Respublikasının Milli Ordusunu Zirə Mədəniyyət Mərkəzi – Eko-Park olaraq hər il tədbirlər keçirərək təbrik edir. Bu ilki tədbirdə N saylı hərbi hissənin əsgər və zabit heyəti və hərbi orkestr iştirak etmişlər. Hərbi orkestr Eko-Parkda hərbi marşlar ifa etmiş, Zirə Mədəniyyət Mərkəzinin foyesində Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkilmişdir. Əsgər və zabir heyəti Mədəniyyət Mərkəzi tədris şöbəsi və Xalça Muzeyi ilə tanış olmuşlar. Hərbiçiləri təbrik sözü ilə Mərkəzin əməkdaşı L.Əliyeva salamlamış, Zirə qəsəbə Mədəniyyət Mərkəzinin tədbirlər təşkilatçısı Nərmin xanım rəşadətli ordumuzun tarixindən, keçdiyi yoldan danışmışdır. Zirə qəsəbə Mədəniyyət Mərkəzinin bədii rəhbəri Məzahir Rüstəmov və N saylı hərbi hissənin şəxsi işlər üzrə komandir müavini mayor Elçin Kərəmov əsgərləri təbrik etmişlər. Hərbiçilər üçün “Orxideya Evi”ndə kiçik konsert proqramı və xoş istirahət təşkil edilmişdir