Alim Qasımov və Fərqanə Qasımova “Əziz Dost Zirədə “ adlı tədbir
23 dekabr 2017-cı il tarixində Xəzər rayonu Zirə qəsəbəsində Heydər Əliyev Fondunun unikal layihəsi əsasında inşa edilmiş Zirə Mədəniyyət Mərkəzi – Eko Parkda “Əziz Dost” Zirədə adlı tədbir təşkil edilmişdir.
Tədbirin məqsədi
Müasir dövrdə xarici ölkələr, məşhur şəhərlər, böyük səhnələrlə yanaşı Azərbaycanda, Zirə qəsəbəsi kimi lokal məkanda da muğamın dinlənildiyi, onun yalnız yaşlı nəsil deyil, gənc nəslin nümayəndələri tərəfindən də sevildiyi, sevə-sevə dinlənildiyi və mənasına varıldığını nəzərə çatdırmaqdır.
Muğamın müasir dövrdə inkişafı, bu inkişafda azərbaycan muğam məktəbinin izi, xanəndənin nəfəsi və musiqini, qəzəli muğamsevərlərə (dinləyicilərə) yetirmə texnikasına hər hansı dar çərçivədən kənar, açıq baxış bucağından nəzər yetirməkdir.
Məkəzin əməkdaşı Ləman Əliyeva giriş sözü ilə tədbiri açaraq tədbir iştirakçılarını salamlamış, qonaqları təqdim etmişdir.
Tədbirdə fəxri qonaqlar: Azərbaycan Ağsaqqallar Şurasının üzvü Cümşüd Muradov, millət vəkili, akademik Ziyad Səmədzadə, qəzəlxan Hacı Arif Buzovnalı, Yazıçılar Birliyinin Katibi İlqar Fəhmi, İcra baçısının müavini Həsənov Vaqif, YAP Xəzər Rayon təşkilatının sədri Namiq Əhmədov iştirak etmişlər.
Tədbir zamanı xanəndələr rəngarəng dəstgahlar, qəzəllər, musiqi parçaları ifa edərək qonaqların zövqünü oxşamışlar.
Konsert Alim Qasımov və Fərqanə Qasımovanın ifasında “Mehriban olaq” musiqi parçası ilə yekunlaşdı.
Sonda qonaqlarla xatirə şəkli çəkildi.
Zirə Mədəniyyət Mərkəzi – Eko Park tərəfindən bu səpkili görüşlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulmuşdur.