08-19 İyul Balakən şəhəri Respublika Şahmat Olimpiadası hesabat
09 İyul
09 İyul tarixində Balakən şəhərində 16 yaşadək şahmatçıların Respublika Şahmat Olimpiadasına start verilmişdir. Mərkəzimizi Şahmat dərnəyinin şahmatçıları Əzimov Rəşad, Rəcəbli Rauf, Məmmədov Fərid, Kazımlı Vüsal və məşqçi müəllim İdrisov Təbriz təmsil edirlər. Bu gün başlamış yarışın I turunda Məmmədov Fərid, Əzimov Rəşad, Kazımlı Vüsal qalib gəlmiş, Rəcəbli Rauf məğlub olmuşdur.
10 İyul
Yarışmanın 2-ci günü şahmatçılardan Əzimov Rəşad 4 saatlıq mübarizədən sonra məğlub olmuş, Kazımlı Vüsal heç-heçə oynamış, Məmmədov Fərid qələbə qazanmış, Rəcəbov Rauf məğlub olmuşdur.
11 İyul
Məmmədov Fərid qələbə qazanmış, Əzimov Rəşad heç-heçə razılaşmışdır.
12 İyul
Əzimov Rəşad 4 saat mübarizə aparmış, lakin nəticə ürəkaçan olmamışdır. Bu gün şahmatçılarımız məğlub olmuşlar.
13 İyul
Bu gün iki tur keçirilmişdir.
Ilk turda Əzimov Rəşad, Kazımlı Vüsal, qalib gəlmiş, Məmmədov Fərid heç-heçə oynamışdır.
1600-da II tur başlamışdır. Bu turda Əzimov Rəşad, Kazımlı Vüsal, Rəcəbli Rauf, Məmmədov Fərid qalib gəlmişlər.
6 oyundan A qrupunda Əzimov Rəşad 3.5, Kazımlı Vüsal 3.5, Rəcəbli Rauf 2, B qrupunda Məmmədov Fərid 4.5, xal toplamışlar.
14 İyul
Bu gün 1 tur keçirilmişdir.
A qrupunda Əzimov Rəşad, Kazımlı Vüsal, Rəcəbli Rauf qələbə qazanmış, Məmmədov Fərid oyununu heç-heçə bitirmişdir.
7 oyundan Əzimov Rəşad 4.5, Kazımlı Vüsal 4.5, Rəcəbli Rauf 3 xal, Məmmədov Fərid isə 5 xal toplamışlar.
15 İyul
Bu gün iki oyun keçirilmişdir.
Birinci oyunda Məmmədov Fərid, Kazımlı Vüsal, Əzimov Rəşad məğlub olmuş, Rəcəbli Rauf qələbə qazanmışdır.
İkinci oyunda Məmmədov Fərid, Kazımlı Vüsal, Rəcəbli Rauf qələbə qazanmış, Əzimov Rəşad oyunu heç-heçə başa vurmuşdur.
Qrupumuz Komanda hesabında 25 komanda sırasında 9-cu yerdədir.
16 İyul
Əzimov Rəşad, Məmmədov Fərid qələbə qazanmış, Kazımlı Vüsal məğlub olmuş, Rəcəbli Rauf oyunu heç-heçə bitirmişdir.
17 İyul son turda Əzimov Rəşad qələbə qazanmış, Məmmədov Fərid, Kazımlı Vüsal heç-heçəyə razılaşmış, Rəcəbli Rauf məğlub olmuşdur.
Komandamız 25 komanda sırasında Komanda hesabında 9-cu yerə sahiblənmiş, 11 oyundan Əzimov Rəşad 7 xal, Məmmədov Fərid 7.5 xal, Kazımlı Vüsal 6 xal, Rəcəbli Rauf 4.5 xal toplamışlar.
Kazımlı Vüsal və Əzimov Rəşad yarışlarda fəal iştiraklarına görə diplomlara laiq görülmüşlər.
Məşqçi-müəllim İdrisov Təbriz blits turnirdə III yerə laiq görülmüşdür.