Gənc gimnastlarımız Qusarda "Qusar Kuboku"
30 İyul tarixində Qusar Olimpiya Kompleksində bədii gimnastika üzrə “Qusar kuboku” və “Miss Qrasiya” yarışı keçirilmişdir. Mərkəzimizi gənc gimnastlar Leyli Abdullayeva və Xumar Mahmudova uğurla təmsil etmişlər. Bu yarışda Xumar Mahmudova halqa ilə hərəkətlərdə III yer və çoxnövçülükdə III yerə laiq görülmüşdür.