“Azərbaycan Dövlət Bayrağı Günü”nə həsr olunmuş iki günlük Fide reytinq turniri
09 və 13 Noyabr 2016-cı il tarixlərində Zirə Mədəniyyət Mərkəzi Eko-Parkda “Azərbaycan Dövlət Bayrağı Günü”nə həsr olunmuş iki günlük Fide reytinq turniri keçirilmişdir. Turnir iki hissədən ibarət olaraq: BLİTS – 09 noyabr və RAPİD – 13 noyabr tarixlərində baş tutmuşdur. Yarış iştirakçıları bu günlər xüsusi avtobuslarla təmin olunmuşlar. Yarışlar saat 1200-da başlamış, chess24.com və chessbomb.com saytlarında canlı yayımlanmışdır. Yarışların yekun nəticələri hesablanmaq üçün FİDE-yə göndərilmişdir. Turnirdə dünya və Avropa çempionları iştirak etmişlər. Rapid turnirin nəticələri: Qadınlar arasında I yerə İbrahimova Səbinə laiq görülmüşdür.