27 May 2017-ci il tarixində Kürdəmir Olimpiya İdman Klubunda bədii gimnastika idman növü üzrə növbəti “Xəyala doğru bir addım” adlı III Kürdəmir kubokunda “Zirə Mədəniyyət Mərkəzi Eko-Park”ın gənc gimnastları uğurla iştirak edərək hər biri öz kateqoriyasında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
2008-ci il təvəllüdlü Mahmudova Xumar A kateqoriyasında çoxnövçülükdə (top və halqa ilə hərəkətlər) - I yer.
2011-ci il təvəllüdlü Ağayeva Yağmur B kateqoriyasında alətsiz hərəkətlər - I yer.
2011-ci il təvəllüdlü Babayeva Lamiyə C kateqoriyasında alətsiz hərəkətlər - I yer.
2012-ci il təvəllüdlü Cabarlı Taclıbəyim C kateqoriyasında alətsiz hərəkətlərdə - I yer