“Bakı Xalçaları. Yeni çeşnilər” üzrə, tələbələrlə görüş
13 aprel tarixində Xalça Muzeyində “Bakı Xalçaları. Yeni çeşnilər” sərgisi çərçivəsində Zirə Mədəniyyət Mərkəzi Eko-Parkın xalçaçı rəssamları ilə görüş keçirilmişdir. Görüşdə xalça mütəxəssisləri, Rəssamlıq Akademiyası, Bakı Dövlət Universiteti, Ə. Əzimzadə adına incəsənət kollecinin müəllim və tələbələri iştirak etmişlər.
Görüş zamanı sənətşünas, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının «İncəsənət tarixi» kafedrasının professoru Kübra Əliyeva çıxış edərək bi layihənin əhəmiyyətindən danışmış, Bakı kəndlərinin tarixini, ənənələrini özündə əks etdirən yeni yaradılmış xalçaların məziyyətlərindən söz açmışdır.
Görüş sual-cavab formatında keçmiş, xalçaçı-rəssamlar Aynurə Əsədullayeva və Səbinə Qasımova tələbə və qonaqların suallarını cavablandırmış, klassik Bakı xalçaçılıq məktəbi ənənələrinə sadiq qalaraq yaratdıqları yeni xalça çeşniləri əsasında toxunmuş xalçalar barədə geniş məlumat vermişlər.