Şəhərin səs-küyündən, zererli havasından qaçıb yorucu iş həftəsinin stresini ataraq təbiət qoynunda dincəlmək hər bir şəhər sakininin istəyidir. Təmiz havada samovar çayı, yaşıl ot üzərində ayaqyalın gəzmək, yoqa ilə məşğul olmaq... Uşaqların maşın yoluna çıxmaq təhlükəsindən uzaq, skeyt, skuter, velosiped, rolik, seqvey sürmək, futbol, voleybol və s. açıq hava oyunları oynamaq istəyir. Bu rahatlığı Siz Zirə Mədəniyyət Mərkəzi Eko Parkın təklif etdiyi müxtəlif masterklasslar, əyləncə və istirahətlə bol olan tur-paketlərdə tapa bilərsiniz.