“Zirə Open 2016” şahmat turnirinin I günü
27 avqust tarixində Zirə Mədəniyyət Mərkəzində “Zirə Open 2016” şahmat turnirinin I hissəsi – Rapid turniri başa çatdı. Turnir canlı olaraq Zirə Mədəniyyət Mərkəzinin Youtube səhifəsində yayımlanmışdır (İzləmək üçün video bölməsinə keçid edin).
28 avqustda turnirin II – Blits hissəsi baş tutacaq. Yarışa 12:00-da start veriləcək. Yarışın nəticələri və qaliblər günün sonunda elan olunacaq və uğurlu iştirakçılar mükafatlandırılacaqdır.