Zirə qəsəbəsinin ən yaşlı sakini Hüseynbala Haşımovu ziyarət
09 May faşizm üzərində qələbənin 74-cü il dönümü münasibətilə Zirə Mədəniyyət Mərkəzinin işçi kollektivi 1920-ci il təvəllüdlü Böyük Vətən Müharibəsi iştirakçısı, ön cəbhə veteranı, Zirə qəsəbəsinin ən yaşlı sakini 99 yaşlı Hüseynbala Haşımovu ziyarətə getmişlər. Onlar veterana Zirə kəndinin tarixindən danışan “Yaxın-uzaq Zirə ” kitabını hədiyyə etmişlər. Qocaman veteran gənclərlə müharibə, döyüş xatirələrini bölüşmüş, şəkillərdə həkk olunmuş tarixlərdən danışmışdır. Ön cəbhədə düşmən minalarından ərazilərin təmizlənməsi, döyüşlərdə göstərdiyi şücaətinə görə təltif olunduğu orden və
medallarını, bu medalların hekayətlərini, iştirakçısı olduğu neçə-neçə döyüşlərin, azad etdikləri torpaqların xatirəsini qonaqları ilə bölüşmüşdür. Dövlətimizin qayğısı, prezidentimizin veteranlara, yaşlı nəsilə diqqətini daima gördüyünü, hiss etdiyini fəxrlə bildirmişdir. Sonda, Hüseynbala Haşımov Azərbaycanın işğal edilmiş torpaqlarının azad ediləcəyinə, Qələbə Gününü Qarabağda qeyd ediləcəyinə və özünün də bu qələbə sevincini bizlərlə paylaşacağına inandığını dilə gətirdi.
Rütbəsi: Qızıl əsgər
Çağırış yeri: Azərbaycan SSRİ Bakı şəhəri Artyom rayonu komisarlığı.
Ordu sıralarına qoşulduğu tarix: 15.01.1942 ci il
Xidmət etdiyi yer: Xüsusi təyinatlı 13 cü dəstə
Qeydiyyat nömrəsi: 2128 9051
Təltif olunduğu medallar:
Медаль "За отвагу"N=08.24.04.1944 cü il 13 nömrəli əmri ilə şücaətə görə medal.
Vətən uğrunda döyüşlərdə 2 dəfə yaralanmasına baxmayaraq ordu sıralarında qalıb ,ön cəbhənin Bulqatak rayonu ərazisində iştirak edərək,verilən tapşırıqları layiqincə yetirmişdir.Düşmənin odlu silahlarından atışma zamanı dəfələrlə məftil çəkilmiş ,minalanmış ərazilərə keçərək verilən tapşırıqları layiqincə yerinə yetirmişdir.
Yaralanıb
1) 10.04.1942 ci il
2) 14.11.1943 cü il
Cəbhə əmri:
N=722/28.02.1945 ci il
Dərc olunub: BC 48 A
Arxiv: ЦАМО
FOND: 33
Qeydiyyat: 686196
Qeydiyyatın nömrəsi: N=25832948
Vətənin müdafiəsi,şəhərlərin və ərazilərin alınması eləcədə Almaniya və Yaponiya üzərindəki qələbəyə görə 6mln mükafat dərc olunub.Haşımov Hüseynbala "Qızıl Ulduz" ordeni ilə təltif olunub.
Batalyonun ən yaşlı əsgəri kimi tapşırıqları yerinə yetirərkən dəfələrlə fərqlənib. Xidməti zamanı 951 partlayıcıdan ərazini zərərsizləşdirib.570 minanı düşmən ərazisinə qoyub. Passarge çayından keçərkən 48-ci ordunun döyüş zolağında xüsusi ilə fərqlənib. 1945 ci ildə 17 fevral gecəsində düşmən tərəfindən güclü mina partlayışı və artileriya atışma dpyüşlərində döyüşçülər qurupu ilə fədəkarlıq göstərib, düşmənin çayda yolunu kəsir. Bu tapşırıqları layiqincə yerinə yetirdiyi üçün "Qızıl Ulduz" ordeni ilə təltif olunub.