Hindistanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Bavitlunq Vanlalvavna Zirə Mədəniyyət Mərkəzinin qonağı olmuşdur.
Hindistanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Bavitlunq Vanlalvavna Zirə Mədəniyyət Mərkəzinin qonağı olmuşdur. Mərkəzlə tanış olarkən burada məktəbli və tələbələr üçün yaradılmış Tədris şöbəsində kurslar və şəraitlə yaxından tanış olmuşdur. Çay masası arxasında icraçı direktorla söhbət zamanı Zirə Mədəniyyət Mərkəzi – Eko Parkda qarşılıqlı təşkil oluna bilinəcək tədbirlər və görüşlər barəsində danışılmışdır. Sonda cənab səfir Xatirə bağında Azərbaycan-Hindistan dövlətlərinin dostluğu adına xatirə ağacı əkmişdir.