Əlcəzairin diplomatik nümayəndəliyinin Azərbaycan Respublikasında müvəqqəti işlər vəkili Ridha Nebais EKO Parkın qonağı olmuşdur.
Zirə Mədəniyyət Mərkəzi – Eko Parkın növbəti qonağı Əlcəzairin Azərbaycanda diplomatik nümayəndəliyinin Azərbaycan Respublikasında müvəqqəti işlər vəkili Ridha Nebais olmuşdur. İlk öncə mərkəzin rəhbərliyi ilə görüşən cənab vəkil Mərkəzlə tanış olarkən burada məktəbli və tələbələr üçün yaradılmış kurslar və şəraitlə yaxından tanış olmuşdur. Xalça Muzeyində nümaiş edilən iki ekspozisiya: yaşı yüzdən çox olan “Qədim xalılar” və Bakı kəndləri adına yeni yaradılmış “Bakı qrupu: Yeni çeşnilər” ekspozisiyası Cənab səfirin diqqətini cəlb etmişdir.
Çay süfrəsi ətrafında söhbət zamanı Əlcəzair – Azərbaycan mədəni-ictimai əlaqələri, birgə mədəni və kütləvi tədbirlərin keçirilməsi və bir sıra digər məsələlər barəsində danışıldı, gələcəkdə sıx əməkdaşlıq edilməsi barədə razılığa gəlindi. Vəkil Əlcəzair Respublikası adına “Xatirə bağı”nda ağac əkmişdir. Mərkəz adından cənab vəkilə “Yaxın-Uzaq Zirə” və “Bakı xalçaları: Yeni çeşnilər” kitabları hədiyyə verilmişdir. Sonda cənab vəkil xatirə kitabına ürək sözlərini yazmışdır.