“ZirəMədəniyyət Mərkəzi Eko Park” bütün obyektlərini dezinfeksiya etdirir.
“Zirə Mədəniyyət Mərkəzi Eko Park” koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər həyata keçirir. Zirə Mədəniyyət Mərkəzi Eko Parkın ərazisində olan, bütün obyektlərində koronavirusun yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədi ilə zəruri tədbirlər görülür, dezinfeksiya işləri aparılır. Tədris otaqlarında,iş otaqlarında, digər otaqlarda, Xalça muzeyi, Orxideya Evi, Eko Kafe, Eko Banket, Şirin Cay və Zirəsinema kinoteatırında xüsusi dərmanlanma işləri həyata keçirilir.