Zirə Mədəniyyət Mərkəzi - EKO Parkda bir qrup şəhid ailəsi və onların övladları üçün gəzinti təşkil olunub
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, “Şəhid Övladlarına və Kimsəsiz Uşaqlara Yardım” İctimai Birliyinin və Zirə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə bir qrup şəhid ailəsi və onların övladları üçün gəzinti təşkil olunub.
Qonaqlar ilk olaraq tarixi mədəniyyət mərkəzi olan İçərişəhər və Şirvanşahlar Sarayında olublar. Qonaqlara Şirvanşahlar dövlətinin yaranma tarixi, fəaliyyət dövrü, hökmdarları haqqında məlumat verilib. Qeyd edilib ki, tarixin qədim və silinməz izlərini özündə əks etdirən sarayda olduqca qədim və qiymətli tarixi əsərlər saxlanılır. Sonra qonaqlar Zirə Mədəniyyət Mərkəzini ziyarət edərək burada yaradılmış təlim- tədris şəraiti ilə tanış olmuş, Art Studiyada məktəblilərin yaratdığı rəsm əsərləri və Xalça Muzeyində müasir xalçaçılıq nümunələrinə tamaşa etmiş,Şahmat Klubunda öz güclərini sınamışlar. Eko-Parkda uşaq oyun meydançasında attraksionlarda əylənən uşaqlar bu günü xoş təəssüratlarla bitirmişlər.