Orxideya Evi – Belə bir məkan Azərbaycanda ilk dəfədir yaradılıb. Burada, həmçinin 150 nəfərlik qonaq qəbulu və müxtəlif tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün nəzərdə tutulmuş restoran fəaliyyət göstərir. Bu məqsədlə tam təminatlı mətbəx, manqal otağı, təndirxana və soyuducu kamera sistemi yaradılıb. Orxideya zalının tərtibatı xüsusi zövq və dizaynla hazırlanıb. Burada müxtəlif ekzotik gül və ağac kompozisiyalarından, rəngarəng orxideya növlərindən istifadə olunub. Orxideya Evində su – kanal sistemində su dövr edir. Bitkilərin təbii işıqlandırılması üçün tavan şüşəlidir.