9 nömrəli xüsusi İnternat məktəbi şagirdləri Zirə Mədəniyyət Mərkəzində
03.05.2016-cı il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Zirə Mədəniyyət Mərkəzi Eko Park ilə birgə həyata keçirilən layihənin ilk qonaqları E.Quliyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi İnternat məktəbinin şagirdləri olmuşlar.
Qonaqlar Mərkəzlə tanış olmuş, Kinozalda cizgi filmi izləmiş, Eko-Parkı gəzmiş, əyləncə məkanında attraksionlarda əylənmişlər. Quş parkında olan quş növləri ilə tanış olan kiçik qonaqlar velosipedlərdə mini yürüşlər etmişlər.