Ekoloji problemlər və onların həlli yolları gənclərin gözü ilə mövzusunda sərgi
22 Noyabr 2017-ci il tarixində Gənclər və İdman Nazirliyi və Zirə Mədəniyyət Mərkəzi Eko-Parkın birgə təşkilatçılığı ilə “Ekoloji problemlər və onların həlli yolları gənclərin gözü ilə” mövzusunda sərgi təşkil olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın 5.2.3 bəndinin (gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) icrasıni təmin etmək məqsədi ilə Gənclər və İdman Nazirliyi tərəfindən Zirə Mədəniyyət Mərkəzi- Eko Park” ilə birgə 22-25 noyabr 2017-ci il tarixlərində saat 09-00-dan 17.00-dək “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda sərginin keçirilmişdir.
Sərgidə Gənclər və İdman naziri Azad Rəhimov və İDEA İctimai Birliyinin təsisçisi və sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva iştirak etmişlər. Onlar sərgi iştirakçılarının işləri ilə tanış olmuş, gənc rəssamlarla xatirə şəkli çəkmişlər.
Tədbirdə təbiətin qorunmasına həsr olunmuş pantomim tamaşa göstərildi. Sonda sirgi iştirakçıları xatirə sertifikatları ilə təltif olundular.
Sərginin keçirilməsində məqsəd – gənclərin ekoloji sahəyə marağını artırmaq və maarifləndirmək, onların yaradıcılıq potensiallarını dəstəkləmək və sosial təşəbbüskarlığı stimullaşdırmaqdır.
Sərgidə 14-29 yaşlı gənclərin müstəlif üslublarda işləri nümayiş etdirilmişdir. Sərgi rəngkarlıq, Kvillinq, batika, heykəltəraşlıq, rəngkarlıq, qrafika, ebru sənəti, vitraj, landşaft dizaynı üslubları üzrə keçirilmişdir.