2 Fevral Gənclər Gününüə həsr olunmuş sərgi
Zirə Mədəniyyət Mərkəzi Eko-Parkda 25-31 yanvar tarixlərində məktəbli və gənc rəssamlar arasında keçirilmiş rəsm müsabiqəsinin qalibləri müəyyən edilmişdir.
Mərkəzin tədbirlər şöbəsi bildirir ki, II Vətən Müharibəsində qələbəmiz münasibəti ilə “Qələbəmiz - Qürurumuzdur” və Pandemiya ilə mübarizəyə həsr olunmuş “Covid-19 gənc rəssamların gözü ilə” adlı iki müsabiqədə ümumilikdə 44 rəssam 54 rəsm ilə iştirak etmişlər.
Sərgini giriş sözü ilə Tədris şöbəsinin müdiri Ləman Əliyeva açıq elan etmişdir.
Sərgidə işlər ekspertlər Əməkdar incəsənət xadimi, sənətşünas-alim Ziyadxan Əliyev və Xalq rəssamı Arif Hüseynov tərəfindən və sosial şəbəkə üzərindən “Xalqın gözü ilə” nominasiyasında qiymətləndirilmişdir.
Sərgiyə ZOOM proqramı vasitəsilə Xəzər rayon icra hakimiyyətinin başçısı Salahov Elşən Rövşən öğlu Salahov, Xəzər rayonundan millət vəkilləri Rauf Əliyev və Soltan Məmmədov,YAP təşkilatının Xəzər rayon sədri Namik Əhmədov, Xəzər rayon Gənclər İdarəsinin rəisi Vüqar Əliyev və Azərbaycan Dövlət Rəssamlıq Qalereyasının sədri Qalib Qasımov olmuşdur.
Qalib rəssamlara Xəzər rayon icra hakimiyyəti, və Zirə Gülçülük adından dəyərli hədiyyələr, Zirə Mədəniyyət Mərkəzi və Xəzər rayon Gənclər İdarəsi adından diplomlar təqdim olunmuşdur.
Gənclər arasında:
“Qələbəmiz - Qürurumuzdur” adlı müsabiqədə qaliblər:
I yer – “Sonsuzadək bütöv Azərbaycan” Xudiyeva Nazənin (2005)
II yer – “Ayrılarmı könül candan” Həsənzadə Şəfa (2003)
III yer – “Qələbəmiz-Qürurumuzdur” Babayeva Aytən (1993)
“Covid-19 gənc rəssamların gözü ilə” adlı müsabiqədə qaliblər:
I yer – “Ümid işığı” Mahmudova Əfsanə (2003)
II yer – “Qayğı” İsmayılova Səbinə (2004)
III yer – “Təhlükəyə son” İqnatova Alina (1996)
Məktəblilər arasında:
“Qələbəmiz - Qürurumuzdur” adlı müsabiqədə qaliblər:
I yer – “Xarı bülbülü oyatdıq” Əhmədova Nuran (2009)
II yer – “Xarı bülbül, biz qayıtdıq” Abbaszadə Leyla (2013)
III yer – “İgid əsgər” Əzizli Nazlı (2010)
“Covid-19 uşaqların gözü ilə” adlı müsabiqədə qaliblər:
I yer – “Tac” Həsənova Səmayə (2009)
II yer – “Birlik” Mirzəzadə Xəyyam (2011)
III yer – “Azərbaycan Covid 19-a qalib gələcək” Manafova Simarə (2011)
Münsiflərin rəyinə əsasən “Covid-19 uşaqların gözü ilə” müsabiqəsində Həsənova Səmayə (2009) “Tac” rəsmi ilə xüsusi diploma layiq görülmüşdür.
Münsiflərin rəyinə əsasən “Qələbəmiz - Qürurumuzdur” müsabiqəsində İsmayılzadə Maral (2013) “Vətən ətri” rəsmi ilə xüsusi diploma layiq görülmüşdür.
Qalib məktəblilərə Xəzər rayonundan millət vəkili Soltan Məmmədov, əməkdar artist Bəhram Bağırzadə və Zirə Gülçülük adından dəyərli hədiyyələr və Zirə Mədəniyyət Mərkəzi adından diplomlar təqdim olunmuşdur.
Digər rəssamlar sərginin iştirakçı diplomu ilə mükafatlandırılmışlarlar.
Sərginin təşkilatçısı Zirə Mədəniyyət Mərkəzi Eko-Park, təşkilati dəstəyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi, Xəzər İH, ADRQ, millət vəkili Soltan Məmmədov, əməkdar artist Bəhram Bağırzadə və Zirə Gülçülük olmuşlar.
02 Fevral “Gənclər günü” sərgisi Zirə Mədəniyyət Mərkəzi Eko-Parkın rəsmi səhifəsində video təqdimat və onlayn platforma üzərində təqdim olunacaq.
“Gənclər günü” ilə əlaqədar ikinci Qarabağ müharibəsində iştirak etmiş dörd şəhidin rəssamlar ittifaqının üzvü, rəssam Məzahir Rüstəmov tərəfindən çəkilmiş portreti Zirə Mədəniyyət Mərkəzi Eko-Park adından şəhid ailələrinə təqdim olunacaq.
Qeyd edək ki, sərgi Prezident İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın 5.2.3-cü bəndini (gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) rəhbər tutaraq və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.2.1-ci - gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri infeksion xəstəliklərin profilaktikasi, sağlam qidalanma) ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi bəndinin icrasının reallaşdırılması məqsədilə təşkil olunur.