“Nizami Gəncəvi ili” çərçivəsində “Musiqili proyektor” konsert proqramı keçirilmişdir.
17.07.2021 tarixində Zirə Mədəniyyət Mərkəzi Eko-Parkda “Nizami Gəncəvi İli” çərçivəsində növbəti tədbir keçirilmişdir. Tədbir 2 hissədən ibarət olmuşdur. Tədbirin birinci hissəsində “Nizami Gəncəvi İrsi XXI əsrdə” simpoziumunun loqosunun və saytın təqdimatı keçirilmişdir. Tədbirin ikinci hissəsində “Avanqard” orkestri “Musiqili proyektor” konsert proqramı ilə çıxış etmişdir. Konsert zamanı ekranda göstərilən filmlərdən musiqi parçaları ifa edilmişdir.