Ağazadə Leyla “Təsviri Sənət” sahəsi üzrə keçirilən “Rənglərin Harmoniyası” adlı müsabiqədə I yerə layiq görülmüşdür
10-19 avqust 2016-cı il tarixlərində Daşkəsən şəhərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Gənclərin “Yaradıcılıq Emalatxanası” düşərgəsinin birgə layihəsi keçirilmişdir. Layihə çərçivəsində bir çox sənət sahələri üzrə fotoqrafiya, rəssamlıq, rejissorluq, aktyorluq və s. gənclər cəmləşmişlər. Layihə daxilində Mərkəzimizin uğurlu rəssamı Ağazadə Leyla “Təsviri Sənət” sahəsi üzrə keçirilən “Rənglərin Harmoniyası” adlı müsabiqədə I yerə layiq görülmüşdür.