09, 13 Noyabr 2016-cı il "Azərbaycan Dövlət Bayrağı günü"nə həsr olunmuş FİDE reytinq turniri
Hörmətli şahmat həvəskarları! Sizləri 09 və 13 Noyabr 2016-cı il tarixlərində Zirə Mədəniyyət Mərkəzi Eko-Parkda keçiriləcək “Azərbaycan Dövlət Bayrağı Günü”nə həsr olunmuş Fide reytinq turnirinə dəvət edirik. Turnir iki hissədən ibarət olacaq: BLİTS – 09 noyabr və RAPİD – 13 noyabr. Yarışlar saat 1200-da başlayacaq, chess24.com və chessbomb.com saytlarında canlı yayımlanacaq. Nəzərinizə çatdırırıq ki, yarışların yekun nəticələri hesablanmaq üçün FİDE-yə göndəriləcək. Yarış iştirakçıları bu günlər xüsusi avtobuslarla təmin olunacaqlar. Avtobuslar Koroğlu metrostansiyasından səhər saat 1100-da çıxacaq. İştirak üçün müraciət edə bilərsiniz:
Əlaqə telefonları: şəhər (012) 404 88 67/68; mob. (077) 422 21 02