Azərbaycan Şahmat Federasiyasında kişilər arasında Azərbaycan Çempionatı
07.03.2017 – 15.03.2017-ci il tarixlərində Azərbaycan Şahmat Federasiyasında kişilər arasında Azərbaycan Çempionatı keçirilmişdir. Yarışda Dünya və Avropa çempionları, Qrossmeysterlər, Beynəlxalq dərəcəli Ustalar iştirak etmişlər. Yarış gərgin mübarizə şəraitində keçmişdir. Yarışda həmçinin Zirə Mədəniyyət Mərkəzi MMC-nin şahmat müəllimi Azərbaycan çempionu, dəfələrlə beynəlxalq yarışların mükafatçısı, Fide ustası İdrisov Təbriz Arif oğlu uğurla iştirak etmişdir. İdrisov Təbriz Beynəlxalq qrossmeyster Rəsulov Vüqarla heç-heçə oynamış, Beynəlxalq qrossmeyster Quliyev Sərxan, Beynəlxalq Usta Abdulov Orxan, Fide Ustası Zeynalov Fəridə qalib gələrək, Beynəlxalq Əmsalını 2333-ə qaldırmışdır.