Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi “Naxçıvan Open – 2017” Beynəlxalq şahmat Festivalı
02-12 May tarixlərində Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi “Naxçıvan Open – 2017” Beynəlxalq şahmat Festivalı keçirilmişdir. Bu oyunlarda Zirə Mədəniyyət Mərkəzi MMC-ni şahmat dərnəyinin gənc çahmatçıları Kazımlı Vüsal, Əzimov Rəşad, Bayramov Rüfət və müəllimləri İdrisov Təbriz təmsil etmişlər.
Şahmatçılarımız oyunlarda uğurla çıxış etmişlər. Kazımlı Vüsal 9 oyundan 4.5 xal yığmış, əmsalını 65-ə çatdırmışdır. Əzimov Rəşad 9 oyundan 4 xal toplamış, reytinqini 80 punkt artırmışdır. Babayev Rüfət beynəlxalq dərəcəli turnirdə ilk iştirakı ilə 3.5 xalla II dərəcəni toplamışdır. Məşqçi İdrisov Təbriz A turnirində 4.5 xal toplamışdır.
Uğurlu iştiraka görə Əzimov Rəşad və Babayev Rüfət Naxçıvan Şahmat Məktəbinin xüsusi diplomuna laiq görülmüşlər. Qeyd edək ki,Bakıətrafı qəsəbələrdən yalnız Zirə qəsəbəsi bu beynəlxalxalq festivalda təmsil olunmuşdur.