Xəzər Universitetinin dəvəti ilə Azərbaycana gəlmiş ABŞ universitetinin professorları Zirə Mədəniyyət Mərkəzi - EKO Parkın qonağı olublar.
Xəzər Universitetinin dəvəti ilə Azərbaycana gəlmiş ABŞ universitetinin professorları 08,07,2019-cu il tarixində Zirə Mədəniyyət Mərkəzi – EkoParkın qonağı oldular.
Xəzər Universitetinin rektoru professor İradə Xəlilovanın dəvəti ilə Mərkəzimizi ziyarətə gəlmiş qonaqlar burada yaradılmış Xalça Muzeyi və Tədris Mərkəzi ilə tanış olmuşlar. Xəzər Universitetinin Həyat Elmləri Bölməsinin müdiri doktor Asəf Ömərov və Xəzər Universitetinin Həyat Elmləri Bölməsinin professoru doktor Cavid Ocaqhi də qonaqları müşaiyət etmişlər. ABŞ hökumətinin maliyyələşdirdiyi qabaqcıl beynəlxalq təhsil mübadiləsi proqramı Fulbright Proqramı Birləşmiş Ştatların və digər ölkələrin xalqları arasında qarşılıqlı anlaşmanın artırılması məqsədini daşıyır. Hazırda bu təqaüd əsasında Azərbaycana təyinat almış Çikaqo Dövlət Universitetinin professoru Nadeem Fazal, ABŞ-ın Taylor Universitetinin Texasdan Fulbrayt professoru Ali Azqani Zirə Mədəniyyət Mərkəzində Tələbə və məktəblilər üçün yaradılmış çoxşaxəli tədris və təkmilləşmə kursları ilə tanış olmuş, təhsil barəsində fikir mübadiləsi etmişlər.