Zirə Mədəniyyət Mərkəzi - EKO Parkda Qurban Bayramı münasibətilə sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram süfrəsi təşkil olunmuşdur.
Zirə Mədəniyyət Mərkəzi - EKO Parkda qurban bayramı münasibətilə “4 saylı Uşaq Somatik Sanatoriyası”nın sakinləri və Şağan qəsəbəsində yerləşən “1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsi”nin uşaqları üçün bayram süfrəsi təşkil olunmuşdur. Qonaqlar ilk öncə mərkəzlə tanış olmuş, attraksionlarda əylənmişlər. Bayram süfrəsi və şirniyyat masası arxasında toplanan uşaqlar, sonda “Zire Cinema”da film izləmişdir.