Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolas Kanellos Zirə Mədəniyyət Mərkəzi – EKO Parkın qonağı olmuşdur.
Zirə Mədəniyyət Mərkəzi – EKO Parkın növbəti səfir qonağı Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolas Kanellos olmuşdur. Mərkəzlə tanış olarkən burada məktəbli və tələbələr üçün yaradılmış kurslar və şəritlə yaxından maraqlanmışdır. Xalça Muzeyində nümaiş edilən “Qədim xalılar” və “Bakı qrupu yeni çeşnilər” ekspozisiyası cənab səfirin böyük marağına səbəb olmuş, xalçatədrisində xalçaların tədrisi, toxunması diqqətini cəlb etmişdir. Art Studiyada tələbələrinin əl işləri və elektron kitabxana ilə tanış olan peşəkar rəssam və gözəl yazıçı cənab Kanellos yaradılmış şərait və tələbələrin istedadını yüksək qiymətləndirmişdir. Mərkəzin icraçı direktoru Elnur Sadıqov cənab səfiri Zirə Mədəniyyət Mərkəzində gördüyünə şad olduğunu bildirərək Azərbaycan – Yunanıstan əlaqələrinin möhkəmləndirilməsi və inkişafı yolunda göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirmişdir. Cənab səfir “Xatirə bağında” xatirə ağacı əkmişdir.