28 Fevral – 01 Mart tarixlərində Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Ufa şəhərində bədii gimnastika üzrə beynəlxalq Olimpiya çempionu Yuliya Barsukovanın hədiyyələrinə “Olympico Cup Ufa 2020” yarış təşkil olunmuşdur. Zirə Mədəniyyət Mərkəzi Eko-Parkın Bədii Gimnastika qrupu aşağıdakı heyətlə bu yarışda bizləri təmsil etmişlər:
1. Fəradova Nəzirəxanım Rasim q. – məşqçi
2. Orucov Nicat Zakir o. – xoreoqraf
3. Qurbanlı Fidan Əflatun qızı (17.11.2010)
4. Muradlı Nuray Adəm qızı (10.03.2012)
5. İbrahimli Yeganə Elşad qızı (08.09.2012)
6. Abdullayeva Yasmin Rza qızı (14.09.2014)
510 gimnastın iştirak etdiyi bu yarışmada kiçik gimnastlarımız uğurla çıxış edərək yüksək nəticələr göstərmişlər.
Abdullayeva Yasmin (2014) alətsiz hərəkətlərdə II yerə layiq görülmüş, diplom və hədiyyə ilə mükafatlandırılmışdır.
Muradlı Nuray (2012) və İbrahimli Yeganə (2012) alətsiz hərəkətlərdə 25 gimnast arasında uğurlu nəticə göstərərək mükafatlı V və VI yerlərə layiq görülmüşlər.
Qurbanlı Fidan (2010) 30 nəfər arasında 7-ci yer götürərək gürzlə hərəkətlərdə fərqli rəqs nümayişində xüsusi mükafata laiq görülüb.
Məşqçi Nəzirəxanım Fəradova uğurlu məşqçi kimi fəxri fərmana layiq görülmüşdür.